Polis yeniyetmənin həyatını xilas etdi

Mingəçevirdə polislər dəm qazından zəhərlənən yeniyetmənin həyatını xilas edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Mingəçevir Şəhər Polis Şöbəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları – Ülvi Paşabəyli, Sənan Süleymanlı və Nizam Səfərli şəhərin 20 Yanvar küçəsində xidmətdə olan zaman bir azyaşlı oğlan onlara yaxınlaşıb və bacısının evdə huşsuz vəziyyətdə yerə yıxıldığını, polislərdən ona kömək etməsini istəyib.

Polis əməkdaşları dərhal həmin ünvana gedib və yeniyetmə qızın vəziyyətinin pis olduğunu görüblər. İlkin tibbi yardım göstərdikdən sonra vaxt itirməmək üçün onu dərhal xidməti avtomobilləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırıblar. 

Yeniyetmənin dəm qazından zəhərləndiyi müəyyən edilib və həkimlərin də səyi ilə onu həyata qaytarmaq mümkün olub.

Hamısını Göstər

Related Articles

Back to top button