Şok sirlər açıldı: Arvadı Nikola zəng edib, nələr deyib?

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Argişti Kərəmyanın istefasının detalları bəlli olub.

Bu məlumatı öz Teleqram səhifəsində rusiyalı media maqnat Aram Qabrelyanov paylaşıb. Onun sözlərinə görə, Kərəmyan müharibə zamanı MTX-nın 30 əməkdaşı ilə Qarabağda olub və Paşinyanın onun qarşısında qoyduğu hədəfi – həyat yoldaşı Anna Akopyan və oğlunun təhlükəsizliyinin təminini reallaşdırıb.

Bununla bərabər o, daha 10 nəfərin Paşinyanın oğlunun mühafizəsinə cəlb olunduğunu, yerdə qalanların isə Argişti Kərəmyanın yanında olduğunu yazıb:

“General Movses Akopyanın sərt formada Nikolun həyat yoldaşından məxfi hərbi əməliyyatın müzakirəsi aparıldığı bunkeri tərk etməsini istəyəndə skandal yarandı. Bu ana qədər Anna Akopyan bir neçə dəfə generalları açıq şəkildə tənqid edərək, onlara ordu ilə bağlı nəsə öyrətməyə cəhd edib. Movses Akopyan dözməyərək, qadından qərargahı tərk etməsini sərt şəkildə tələb edib. Bundan sonra Akopyanın mühafizəçiləri onu sakitləşdirməyə çalışıblar”.

Məlumata görə, sərxoş olan qadın bundan sonra Nikol Paşinyana zəng edərək, onu ağır ana söyüşləri ilə təhqir edib və ona “hansısa moska (Moska İvan Krılovun “Fil və Moska” təmsilində mops növündən olan itə verilən addır – red.) sənin arvadını biabır edir, sən necə kişisən” sözlərini deyib. Həyat yoldaşı ilə danışıqdan az sonra Paşinyan Kərəmyana zəng edib və ondan Movses Akopyanın həbs edilib, İrəvana qandalda gətirilməsini tələb edib. Bu məlumatı Araik Arutyunyana Kərəmyanın çatdırmasından sonra Qarabağdakı separatçıların lideri iki generalla məsləhətləşib. Generallar ona Movses Akopyanın həbsinə izn verməyəcəklərini və Kərəmyanla mühafizəçilərini həbs etdirəcəklərini bildiriblər:

“Bundan sonra Araik Paşinyanın əmrini icra etməkdən imtina edib və bunu Argiştiyə deyib. Kərəmyan titrək səslə Nikola məruzə edib ki, general Akopyanı həbs etmək əmrini icra etmək mümkünsüzdür. Paşinyan MTX-nin gənc rəhbərinə qışqırmağa və onu kişi olmamaqda ittiham etməyə başlayıb. Az sonra isə MTX rəhbərinin vəzifədən azad edilməsi barədə sərəncam dərc olunub”.

Hamısını Göstər

Related Articles

Back to top button