Yunan professordan şok: Almaniya Türkiyə ilə birgə…

Avropa Birliyinin (AB) heç bir ölkəsi əvvəldən bəri Türkiyəyə sanksiya tətbiq etmək niyyətində olmayıb.

Bu sözləri Yunanıstan Hərbi Akademiyasının professoru Kostas Qrivas yunan-türk münasibətlərini şərh edərkən deyib.

“Sözdə bizə müttəfiq olan Almaniya indi sadəcə Türkiyə tərəfdarı deyil. Hazırda Almaniya müxtəlif səbəblərdən Türkiyə ilə güclərini birləşdirmək üçün geosiyasi bir strategiya seçib. Bugünün Türkiyəsi 2016-nın, hətta 2018-ci ilin Türkiyəsi deyil. Bir ildən çoxdur Yunanıstana müharibə elan edən Türkiyədən danışırıq. Hibrid müharibədə iştirak edirik”, – deyə Qrivas bildirib.

Professor həmçinin iddia edib ki, Yunanıstanın ictimai-siyasi sferasında Türkiyəyə işləyən müəyyən gizli şəbəkələr mövcuddur.

Hamısını Göstər

Related Articles

Back to top button