Əli Həsənovun ailəsinə məxsus şirkətlərin vergi borcu var – Siyahı
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlərin bir qisminin vergi borcu (ümumilikdə 208 min manat) var.
Şirkətlərin vergi borclarını təqdim edirik:
№ | Şirkətin adı | Şirkətin vergi borcu (manat) |
1 | “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC | 182 055,86 |
2 | “Araz Teleradio” MMC | 17 459,54 |
3 | “Kaspi Global” MMC | 8 562,63 |
4 | “Beynəlxalq Mətbuat Mərkəzi” MMC | 1 337,40 |
5 | “Golden Prince” MMC | 18,69 |
6 | “Kaspi Education” MMC | 0,00 |
7 | “Kaspi Co” MTK | 0,00 |
8 | “Kaspi Mətbuat Yayımı” MMC | 0,00 |
9 | “Kaspi” qəzeti redaksiyası | 0,00 |
10 | “Kaspi-AZ” MMC | 0,00 |
11 | “Kaspi-EC” MMC | 0,00 |
12 | “Mətbuat Evi” MMC | 0,00 |
Cəmi | 208 096,72 |
“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.