Dünya Bankının vitse-prezidenti Azərbaycana minnətdarlıq etdi

“Mən Sizinlə görüşməkdən həqiqətən də məmnunam. Mən Sizinlə Azərbaycanda görüşməyi çox istərdim. Amma dünyada baş verənləri nəzərə alsaq, hələ ki, görüşləri bu cür keçirməli olacağıq. Lakin çox yaxın gələcəkdə Sizinlə Azərbaycanda görüşəcəyimə ümid edirəm”.

Bu sözləri Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfransda deyib.

Dünya Bankının rəsmisi bildirib:

“Mən, həmçinin tərəfdaşlığa görə və birlikdə bir çox sahələrdə işlədiyimiz komandaya minnətdarlığımı bildirmək istərdim. Əlaqələrin necə möhkəm olduğunu görməkdən məmnunam. Tərəfdaş kimi Dünya Bankına olan etimadınıza görə Sizə çox təşəkkür edirəm. Mən bu vəzifənin icrasına başladığımdan bu yolu davam etdirməyimizi səbirsizliklə gözləyirəm. Bir daha buna görə təşəkkür edirəm.

Həmçinin mən Dünya Bankı adından Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasına verdiyi töhfəyə görə minnətdarlığımı bildirmək istərdim. Bu addım çox yüksək qiymətləndirilir. Sizin ən yoxsul ölkələr üçün olan fondumuzu dəstəkləməyiniz bizim tərəfimizdən həqiqətən də çox yüksək qiymətləndirilir. Düşünürəm ki, bu, bizim əlaqələrimizi daha irəliyə aparır. Buna görə həqiqətən də minnətdarlığımı bildirmək istərdim. Mənim üçün burada olmaq məmnuniyyətdir.

Mən təxminən 5 illik fasilədən sonra regiona qayıdıram. Geri qayıtmaq möhtəşəmdir. Mən Dünya Bankındakı fəaliyyətimin əhəmiyyətli bir hissəsini bu regionda keçirmişəm. Bu, mənə çox yaxın olan regiondur. Ötən dəfə regionda olarkən təxminən 4 ay Azərbaycandakı proqrama birbaşa nəzarət etmək mənə nəsib olub. Bu müddət ərzində, həmçinin ölkə ilə tərəfdaşlıq çərçivəsi təsdiq olunub. Mən son bir neçə ildə bu tərəfdaşlıq çərçivəsinin həyata keçirilməsini görməkdən çox məmnun oldum.

Mən TANAP layihəsinin ilkin mərhələlərində iştirak etmişəm, ona görə də ona yaxşı bələdəm. Mən bu layihə münasibətilə Sizi bir daha təbrik etmək istəyirəm. Bu, bizim buna bənzər nəyisə dəstəkləyə bilməyimiz və həm kredit əməliyyatlarını, həm də birgə apardığımız işimizi nə dərəcədə yaxşı mənimsədiyimizi göstərən həqiqətən də flaqman layihədir. Mən bir daha təşəkkürümü bildirmək istəyirəm. Birlikdə əldə etdiyimiz yaxşı irəliləyişi davam etdirməyi və onu daha yüksək səviyyələrə qaldırmağı səbirsizliklə gözləyirəm.

Mən, həmçinin qeyd etməliyəm ki, Azərbaycanla bağlı məlumatları oxuyarkən ölkənin “Doing Business” hesabatında reytinqini görməkdən həqiqətən də məmnun olmuşam. Mən bu münasibətlə də Sizi təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, dəyişikliyin daha bir sübutudur. Siz qeyd etdiyiniz kimi, iqtisadiyyatınızın şaxələndirilməsi üçün “Doing Business”də iqtisadiyyatın inkişafı baxımından yaxşı göstəricidir”.

Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti həmçinin bildirib ki, koronavirusun təsirinin olduğu bir dövrdə yaşayırıq. O, Azərbaycanda icra olunan özünüməşğulluq layihəsinə toxunub, kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıqdan danışıb.

Mənbə
musavat.com
Hamısını Göstər

Related Articles

Back to top button