Səudiyyə Ərəbistanı Husilərin 3 PUA-sını vurduğunu açıqladı
Səudiyyə Ərəbistanı Husilərə məxsus olan 3 PUA-nı vurduğunu açıqlayıb.
Dünən axşamdan Husi qruplaşması Səudiyyə Ərəbistanının cənubunda yerləşən Hamis Muşayt bölgəsinə hücum edib.
Səudiyyə isə son 24 saat ərzində bomba quraşdırılmış 3 Husi dronunun bölgəyə hücum etdiyini və onların məhv edildiyini bildirib.



