Əli Həsənovun daha bir qohumu DİN-dən kənarlaşdırıldı

Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun daha bir yaxın qohumu Daxili İşlər Nazirliyindəki vəzifəsini itirib.

Əli Həsənovun DİN Baş Mühafizə İdarəsində komandir vəzifəsində çalışan bacısı oğlu Məmmədov Siyamək Dilavər oğlu işində yol verdiyi nöqsanlara görə işini itirib.

Xatırladaq ki, bundan öncə isə Əli Həsənovun qaynı, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsində Cinayət Axtarış İdarəsinin rəisi Cəbrayıl Vəliyev də vəzifəsindən uzaqlaşdırılmışdı.

Hamısını Göstər

Related Articles

Back to top button