“Ermənistan Respublikası mövcud deyil, çünki sərhədsiz dövlət yoxdur” – Baqratyandan şok açıqlama

“Milli Təhlükəsizlik Xidmətinin Sünikdə çəkiliş aparan jurnalistlərə məhdudiyyət qoymaq hüququ yoxdur. Konstitusiyada açıq şəkildə deyilir ki,  Ermənistan ərazisində qapalı zonalar  mövcud deyil”

Bu fikirləri Ermənistanın sabiq baş naziri  Qrant Baqratyan səsləndirib.

Jurnalistlər, Baqratyana müharibədən öncə verdiyi “Əliyevin yerində olsaydım, Ermənistana hücum edərdim” açıqlamasını xatırladıblar.

Sabiq baş nazir isə açıqlamasını belə şərh edib: “Yaxşı edib bu cür demişəm, hələ 2020-ci ilin yanvar ayında Ermənistan rəhbərliyini düşmənin (red. Azərbaycan)  yaxınlaşan hücumu barədə xəbərdar etmişdim. Mart ayından isə mümkün hücumlara qarşı Ermənistan rəhbərliyinə hansı tədbirlər görəcəkləri haqda sual vermişdim”.

Картинки по запросу "Qrant Baqratyan"

Baqratyan bildirib ki, hələ iyun ayında Ermənistan hərbi rəhbərliyi hava hücumundan müdafiə sistemi  alamağa başlayıb: “Mən soruşdum, nə edirsiniz? Başa düşmürsünüz ki, Azərbaycan hücum edəcək?. İyun ayında düşmənin 4 aya hücum edəcəyini söylədim. Cəmi  3 ay 27 gündən sonra müharibə başladı. Ona görə də, erməni səlahiyyətliləri  mənə təşəkkür etməlidirlər ”.

Jurnalistlərin, belə bir fikirlər var ki, “Azərbaycanı hücuma təhrik edən məhz  sizin verdiyiniz açıqlama oldu” sualına isə sabiq baş nazir bu cür cavab verib : “Yəni Əliyev məndən təlimat alıb? Mən yalnız Əliyevin nəyə hazırlaşdığını dedim.”

Baqratyan “Mənim addımım” fraksiyasından  millət vəkili Andranik Koçaryanın açıqlamalarını təhlükəli hesab etdiyini də söyləyib: “Onu məhkəmə qarşısına çıxaranda, ağlından asılacaq”.

Ermənistan hərbi rəhbərliyinin “Osa-AK” müdafiə sisteminin effektivliyi ilə bağlı fikirləri yersizdir, istənilən vaxt internetə daxil olaraq “Bayraktar”ın daha güclü və geniş imkanlara malik olduğunu öyrənə bilərik – deyə sabiq baş nazir əlavə edib.

Sünikdə (Zəngəzurda) baş verən hadisələrə gəlincə, Qrant Baqratyan ərazilərin Ermənistandan alındığını  bildirib: “Qarabağda təxminən  2,5 min kvadratmetr ərazi qalıb, hansı ki, hələ Azərbaycanın nəzarətində deyil. Əliyev Sünikdən-Talışa, eləcə də Naxçıvana qədər  bütün əraziləri hissə-hissə alacaq və sonra Qarabağın statusu ilə bağlı qərar verəcək.

Baqratyan onu da bildirib ki, Delimitasiya prosesi həyata keçirilsə də, Demarkasiya (sərhədləşmə) aparılmadı: “Ermənistanın bir sərhədi mövcuddur. Əgər kimsə sərhəd yoxdur deyirsə, bu o deməkdir ki,  Ermənistan Respublikası mövcud deyil. Çünki sərhədsiz dövlət yoxdur”.

Baqratyan baş verənlərə görə, Ermənistan prezidentini günahlandırıb: “Konstitusiyaya görə, məhz prezident ölkənin ərazi bütövlüyünün qarantıdır, baş nazir Paşinyan yox”.

Hamısını Göstər

Related Articles

Back to top button