Kamran Əliyev bu gün Ərdoğanla görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Prezident sarayında Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edəcək.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Xatırladaq ki, K.Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 15-də Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin dəvəti ilə Ankaraya rəsmi səfərə gedib. Məqsəd iki ölkə prokurorluqları arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsidir.