Ukraynada həbsxanaların satışına başlanılıb
Ukrayna Dövlət Əmlakı Fondu ölkə ərazisindəki istifadə olunmayan həbsxanaların satışana başlayıb.
“EADaily” portalının məlumatına görə, ilk olaraq hərraca 132 saylı İrpensk cəzaçəkmə müəssisəsi çıxarılıb. Kiyevin bir neçə kilometrliyində yerləşən penitensiar müəssisənin başlanğıc qiyməti 220 milyon qrivendir (13.5 milyon manat). Kaloniyadakı binaların ümumi sahəsi 24 min kvadrat metr, müəssisənin ümumi sahəsi isə 8 hektardır.
Qeyd edək ki, Ukraynada satışı planlaşdırılan 35 həbsxana var.
Satışlardan əldə olunacaq vəsait ölkədəki digər penitensiar müəssisələrin Avropa standartlarına çatdırılmasına sərf olunacaq.