İsmayıllı sakinlərindən 6 ədəd odlu silah götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ayrı-ayrı vətəndaşlar tərəfindən evlərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbiri həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun İstisu kənd sakinləri- Elşad və Səyyar Əzizovlar, Akif və Vüsal Süleymanovlar, Fuad Qəribov, Ceyhun Haşımovdan müvafiq sənədləri olmayan, ümumilikdə 6 ədəd “İJ” və “Toz” markalı ov tüfəngləri aşkar edilərək götürülüb.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.