Ermənilər Zeyvə kəndini tərk edir

Bu barədə kəndin rəhbəri Beniamin Poqosyan deyib.

Onun sözlərinə görə, əhali təhlükəsizlik zəmanəti olmadığı üçün bu addımı atır.

“Artıq 20 şagird məktəbdən çıxıb. Əhali nə heyvandarlıq, nə də əkinçiliklə məşğul ola bildikləri üçün mallarını satırlar”, – Poqosyan bildirib.

Qeyd edək ki, sərhədin demarkasiyası nəticəsində Gorus-David Bek yolunun 21 kilometrlik hissəsi Azərbaycan ordusunun nəzarətinə keçib. Erməni mediasının məlumatına görə, yolun bu hissəsi 3 il ərzində Ermənistan və Azərbaycan tərəfindən istismar edilməlidir. Təhlükəsizlik Rusiya sülhməramlıları tərəfindən təmin olunacaq. 3 il ərzində Ermənistan tərəfi öz ərazisindən keçid yolu çəkməlidir, bundan sonra yolun bu hissəsi tamamilə Azərbaycana veriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button