Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Bakı Humanitar Kollecinin tələbə qızı təhqir etməsinə münasibət bildirib.
Universitetdən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün sosial mediada ADMİU tabeliyində fəaliyyət göstərən Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralovaya aid olunan səs yazısı yayılıb:
“Bununla bağlı məsələ universitet rəhbərliyi tərəfindən araşdırılıb və kollec direktorundan izahat alınıb. Müəyyən olunub ki, qeyd olunan səs yazısı kollecin məsafədən təşkil olunan imtahanlarından biri zamanı yazılıb və kontekstdən çıxarılıb.
Bununla belə, kollec direktoru onlayn imtahan zamanı işlətdiyi ifadəyə görə tələbələrdən üzr istəyib. Kollec direktoru ilə bağlı inzibati tənbeh tədbiri görülüb”.
12.11
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova onlayn formada keçirilən imtahan zamanı tələbə qızı təhqir edib.
Bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
Bununla bağlı nazirlikdən oxu.az-a məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələyə baxılır:
“Daha sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, direktor bir neçə ay öncə bu vəzifəyə təyin olunub.