Ceyhun Bayramovdan dünya ölkələrinə Ermənistanla bağlı çağırış
Vətən müharibəsində Ermənistanın cəbhə xəttindən xeyli uzaqda yerləşən əraziləri, mülki insanları raketlərlə atəşə tutmasının şahidi olduq.
Bunu Xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə keçirilən konfransda deyib.
O bildirib ki, dinc əhalinin atəşə tutulması Ermənistan rəhbərliyinin terrorçu düşüncəsindən xəbər verir.
Nazir deyib ki, Ermənistan bu günə qədər minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina edir.
“Biz dünya ölkələrini bunu qınamağa çağırırıq”, – deyə C.Bayramov əlavə edib.
Nazirin sözlərinə görə, dünya dövlətləri, beynəlxalq təşkilatlar Xocalı soyqırımı ilə bağlı kənar müşahidəçi kimi fikir bildirməməli, ədalətli mövqe sərgiləməlidirlər.