BMT nümayəndəsi “Bakıya görə” Ermənistandan çıxarılır

Ermənistan hökuməti UNİSEF-in nümayəndəsi Marin Klark-Xattinqin mandatını dayandırıb.

Bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Anna Naqdalyan deyib. Onun sözlərinə görə, belə addıma səbəb Klark-Xattinqin fəaliyyət metodları olub.

O, UNİSEF nümayəndəsinin fəaliyyətinin Ermənistan üçün problematik olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistanın “Mediaport” Teleqram kanalı Klark-Xattinqin Azərbaycan və Britaniya lehinə casusluq etdiyinin Rusiya xüsusi xidmət orqanları tərəfindən aşkarlandığını bildirmişdi. Ermənistanın onun ölkəni tərk etməsi üçün vaxt verdiyini yazmışdı.

Hamısını Göstər

Related Articles

Back to top button