YAP-ın daha bir şurası ləğv edildi: rektor vəzifəsini itirdi
Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ləğv edilib.
Bu barədə oxu.az YAP-dan məlumat əldə edib. YAP-ın yeni Nizamnaməsinə əsasən, artıq partiyada Qadınlar Şurası olmayacaq.
Partiyadan bildirilib ki, qurumda struktur dəyişiklikləri gedir, qadınlarla bağlı, gender siyasəti ilə əlaqədar yeni şöbənin yaradılması nəzərdə tutulur.
“Amma bu, müzakirə səviyyəsindədir”, – deyə partiyadan bildirilib.
Xatırladaq ki, YAP Qadınlar Şurasının sədri Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva idi.
Qeyd edək ki, martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda YAP İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi formalaşıb. Siyasi Şura ləğv edilib və onun əvəzinə Veteranlar Şurası yaradılıb.
Eyni zamanda YAP-ın yeni Nizamnaməsi qəbul edilib.