Türkiyədə güclü zəlzələ
Türkiyənin Manisa vilayətinin Saruhanlı bölgəsində 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, episentri 9,29 kilometr dərinlikdə olan yeraltı təkanlar yerli vaxtla saat 10:21-də qeydə alınıb. Yeraltı təkanlar İzmir, Bursa və digər ətraf bölgələrdə də hiss edilib.
Əhali arasında böyük təşviş yaranıb. Dağıntı və xəsarətlər barədə hələlik məlumat yoxdur.