Astarada yol hərəkətinin təhlükəsizliyinin təmini istiqamətində tədbirlər gücləndirilib

MƏQSƏD YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASIDIR.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, baş verə biləcək qəzaların qarşısının alınması məqsədilə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən profilaktiki işlərə davam etdirilir.

Nəqliyyat vasitələrin sayının ilbəil artması fonunda yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması istiqamətində, o cümlədən məktəblilərin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və azyaşlıların həyat və sağlamlıqlarının qorunması məqsədilə polis də bir sıra tədbirlər həyata keçirir. Bu istiqamətdə görülən tədbirlər çərçivəsində Astara RPŞ-nin dövlət yol polisi bölməsi və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən təhsil müəssisələrinin yerləşdiyi ərazilər, həmçinin məktəblilərin hərəkət marşrutlarında yol şəraiti müayinə edilərək bir sıra işlər görülüb. Bura yeni yol nişanlarının qoyulması və köhnələrinin yenisi işlə əvəzlənməsi, çizgilənmə işlərinin aparılması daxildir.

Hamısını Göstər

Related Articles

Back to top button