Peskov: “Rusiya və Türkiyə arasında Suriya ilə bağlı fikir ayrılığı var”
Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyə arasında Suriya ilə bağlı fikir ayrılıqlarının olduğunu, lakin buna baxmayaraq iki ölkə arasında əməkdaşlığın davam etdiyini bəyan edib.
Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
D.Peskovun sözlərinə görə, rusiyalı hərbçilər türkiyəli həmkarları ilə, iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmalar əsasında, olduqca sıx əməkdaşlıq edirlər.
“Əməkdaşlığın həyata keçirildiyi bölgələrdə vəziyyət sadə deyil, orada terror elementləri qalmaqda davam edir. Bu isə vəziyyətin normallaşmasına mane olur. Lakin bütün bunlara baxmayaraq, əməkdaşlıq davam edir. Suriya ilə bağlı fikir ayrılıqları da var”, – deyə Vladimir Putinin sözçüsü bildirib.