Ziya Məmmədovun qardaşının Rövşən Əkbərovla şərikli biznesi olub? – Açıqlama
AMEA Rəyasət Heyəti Aparatının İşlər İdarəsinin müdiri Elton Məmmədov həbs edilən sabiq korpus komandiri, general-leytenant Rövşən Əkbərovla Ukraynada şərikli biznesinin olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
Elton Məmmədov yayılan xəbərlərin yalan olduğunu deyib:
“Bəzən mənə zəng edib soruşurlar ki, filan yerdə torpağınız var və sairə. Mənim onlara cavabım belə olur: əgər varımdırsa, satın, yarısı sizin olsun, yarısı da mənim. İndi mənim Ukraynada biznesim varsa, gedib onu tapsınlar, söz verirəm ki, yarısını onlara verəcəm. Mənim Rövşən Əkbərovla heç bir biznesim olmayıb, indi də yoxdur, bu barədə yazılanlar yalandır”.
Elton Məmmədov Rövşən Əkbərovla dost olduğunu söyləyib:
“Mənim Rövşən Əkbərovla uzun illərdən bəri sağlam dostuq münasibətim olub. Milli Qəhrəman kimi, ölkəmizin generalı kimi ona hər zaman hörmət bəsləmişəm, dövlət tərdbirlərində tez-tez görüşmüşük. Allah onun köməyi olsun. Rövşən Əkbərov Azərbaycanın Milli Qəhrəmanıdır”.