Türkün Çanaqqala dastanı – 106 il ötdü
Bu gün Osmanlı dövlətinin Çanaqqalada Antanta İttifaqının dəniz qüvvələri üzərində qazandığı qələbənin 106-cı ildönümüdür.
1915-ci il martın 18-də Antanta üzərində qazanılan bu zəfər Çanaqqala dəniz qələbəsi adlanır.
Mustafa Kamal Paşanın başçılığı altında Osmanlı qoşunlarının 1915-ci il fevralın 19-da dənizdə başladığı müqavimət hücumu martın 18-də zəfərlə başa çatıb.
Antantaya qarşı quruda müqavimət isə 1915-ci il aprelin 15-də başlayıb, 1916-cı il yanvarın 9-da qələbə ilə başa çatıb. Antanta İttifaqına Böyürk Britaniya Krallığı, Avstraliya, Yeni Zelandiya, Britaniya Hindistanı, Fransa daxil idi. Osmanlı isə Avstriya-Macarıstan, Almaniya ilə bir hərbi blokda müharibədə iştirak edirdi.
Hər il martın 18-i Türkiyədə Zəfər Bayramıdır.