Şuşada Atatürk və Pənahəli xan küçəsi – Ermənistana tarixi cavab
Şuşanın azad olunmasından sonra işğal dövründə ermənilərin küçələrə verdiyi qondarma adlar da dəyişdirilir.
“Yandex xəritəsi”ndə Şuşanın küçələri arasında diqqət çəkən adlardan biri Atatürkün və Pənahəli xanın adına küçələrin olmasıdır.
Atatürkün adının verildiyi küçə işğal dövründə Aram Manukyan adlanırdı:
“Vanlı Aram” kimi tanınan Manukyan 1915-ci ildə Osmanlıya qarşı ermənilərin Vanda qaldırdığı qiyama rəhbərlik edib.
Pənahəli xanın adının verildiyi küçə isə işğal dövründə ermənilər tərəfindən Qaregin Njde adlandırılıb.
Erməni terrorunun idealoji banilərindən olan, II Dünya müharibəsində nasistlərə xidmət etmiş Njdenin adı azad Şuşadan təmizlənir, Qarabağ xanı, şəhərin qurucusu Pənahəli xanın adı gətirilir.
Niyə ermənilərin Njdenin adını verdiyi küçəyə məhz Pənahəli xanın adı?
Njde XX əsrin əvvəlində Azərbaycanın tarixi yurdu Zəngəzurun işğalına rəhbərlik edib. Zəngəzur mahalını Qarabağ xanlığına birləşdirən isə Pənahəli xan idi.
Təsadüfi deyil, hər iki seçimdə – Atatürk və Pənahəli xan – incə və tarixi mesaj var:
– Osmanlıya qarşı qiyam qaldıran “Vanlı Aram” Atatürklə əvəzlənir və bununla qondarma “erməni soyqırımı” iddiasına Şuşadan cavab verilir;
– Zəngəzuru Qarabağ xanlığına birləşdirən, Şuşanı inşa edən Pənahəli xanın adı da ermənilərin Njde adlandırdığı küçəyə verilir, bununla, Zəngəzurun də Azərbaycan torpağı olduğu tarix kontekstində xatırlanır.