Ankaraya sanksiyalar niyə ləğv olundu? – Bayden amili
Avropa Birliyinin (AB) Türkiyəyə bir sıra sanksiyaları ləğv etməsinin təfərrüatı bəlli olub.
“Röyter” agentliyi AB-nin qərarının arxasında ABŞ Prezidenti Co Baydenin olduğunu bildirib.
Agentliyə danışan Avropa və ABŞ səlahiyyətliləri sözügedən qərarın verilməsində Ankaranın daha konstruktiv mövqe sərgiləməsinin, Yunanıstanla məsləhətləşmələri bərpa etməsinin və ABŞ Prezidenti Co Baydenin bu istiqamətdə Brüsselə çağırışının rol oynadığını bildiriblər.