Paşinyan: Azərbaycan və Türkiyəyə qarşı bunu etməliyik
Yeni çağırışlara qarşı mübarizə üçün düsturlar tapmalıyıq. Və ən vacib düstur fikrimcə, erməni-rus qruplaşmasıdır.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və Türkiyəni özlərinə təhlükə hesab etməsindən danışarkən bildirib.
“Mənə elə gəlir ki, yaxın gələcəkdə müzakirələr zamanı əlaqələri gücləndirməyi düşünməliyik. Ermənistan-Rusiya hərbi qruplaşması regional təhlükəsizliyin vacib bir komponenti olacaq”, – Paşinyan deyib.
Bölgədə vəziyyəti qəlizləşdirməyə yönəlik açıqlamasından sonra Paşinyan yeni müharibələrə hazırlaşmadıqlarını vurğulayıb:
“Ölkənin təhlükəsizlik səviyyəsindəki artım regional mühitin dəyişməsinə səbəb olmalıdır”.