“Paşinyanı hakimiyyətdə saxlayan tərəf bütün Qafqazda da hakim olacaq” – Şok açıqlama

“Paşinyana İrəvanda hakimiyyət, Azərbaycana isə 10 noyabr razılaşmasına və öhdəliklərə sadiqlik lazımdır. Bu baxımdan öhdəlikləri imzalayan və ona cavabdeh olan tərəf kimi Paşinyan əsas simadır”.

Bu fikirləri konkret.az-a açıqlamasında Beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. O bildirib ki, Məhz Paşinyanın dönəmində bu qədər irəliləyiş əldə edilib: “Eyni zamanda biz Nikolun son açıqlamalarında həm əməkdaşlığa yönəlik, həm də regionun gələcək siyasi palitrasına uyğun düşüncələrin olduğunu görürük. Bu adamın parlament seçkilərdə qalib gəlməsi növbəti dəfə hökuməti formalaşdırmasına imkan verəcək”.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Əziz Əlibəyli bildirib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçirdiyi sorğunun nəticələri açıqlanıb: “5 ballıq cədvəl üzrə Nikol Paşinyanın 2,8 bal almsı və digər rəqiblərini qabaqlaması böyük üstünlükdən xəbər verir. Digər sorğu şirkətlərinin də nəticələrinə görə Paşinyanın rəhbərlik etdiyi “Mənim Addımım” Hərəkatı respondetlərin 33 faizinin dəstəyini qazanıb. Bütün bunlar Ermənistanın daxili siyasəti üçündür. Amma nəzərə alaq ki, bizə bu cür mənzərənin davam etməsi çox vacibdir. Bu, Paşinyanın hakimiyyətdə qalması və ardınca öhdəlikləri həyata keçirməsi, xüsusilə Zəngəzur dəhlizinin reallaşması və Qarabağla bağlı problemin öz həllini tapması deməkdir”.

Hamısını Göstər

Related Articles

Back to top button