Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu İlkin Zöhrabov həlak olub.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Hadisə martın 22-də baş verib.
Faktla bağlı araşdırma aparılır.
Mərhum Masallı rayonu Ərkivan qəsəbəsində dəfn olunub.