Çin qonşumuzu 400 milyarda “satın alır” – Etiraz

İranda Çinlə əməkdaşlıq razılaşmasına qarşı etiraz aksiyaları keçirilib.

Müxtəlif şəhərlərdə baş tutan etirazlara bir neçə yüz nəfər qatılıb. Etirazların xüsusilə Tehran, İsfahan, Rəşt və digər şəhərlərdə baş tutduğu bildirilib.

İranlı jurnalist Babək Taqvai Rusiya mətbuatına açıqlamasında etirazlarda “İran satılmır”, “Çin, İrandan rədd ol” şüarlarının səsləndirildiyini söyləyib. Üstəlik, razılaşmaya qarşı, xüsusilə, sosial şəbəkələrdə etirazların artdığı vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə İran və Çin 25 illik əməkdaşlıq haqqında razılaşma imzalayıb. Razılaşmaya əsasən, Çin İranın infrastruktur layihələrinə 400 milyard dollar investisiya yatıracaq, əvəzində isə İran neft və qazını alacaq. Bununla bərabər iki ölkə arasında hərbi texniki əməkdaşlıq da gücləndiriləcək.

Hamısını Göstər

Related Articles

Back to top button