Müəmmalı “Doktor Liza”nın yardımı Qarabağa gətirildi

Rusiya sülhməramlıları Qarabağdakı erməni əhaliyə ünvanlı humanitar yardım çatdırmağa başlayıb.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Sülhməramlılar Rus Humanitar Missiyası, Doktor Liza Fondu və Yaxşılığa Tələs Fondu tərəfindən təqdim edilən humanitar yardımı Xankəndidə yaşayan çoxuşaqlı ailələr və “məcburi köçkünlərə” veriblər. Humanitar yardım olaraq yorğan, yastıq, yemək hazırlanması üçün qaz balonları, gigiyena vasitələri, həyat şəraitinin yaxşılaşdırılması üçün məhsullar və digər vasitələr verilib.

Qeyd edək ki, yazıda adı keçən fondlar bir həftə öncə də Qarabağa humanitar yardım göndərmişdilər.

Doktor Liza Fondu 2016-cı ildə Yelizaveta Qlinkanın Suriyaya gedən Tu-154 təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olmasından sonra həyat yoldaşı tərəfindən yaradılıb. Yelizaveta Qlinka həyatı boyunca Qarabağ separatçılarının dəstəkçiləri sırasında olub. O, həm I Qarabağ müharibəsi, həm də Aprel döyüşləri zamanı separatçılara humanitar yükün daşınması, eləcə də erməni yaralıların Moskvada müalicəsini təşkil edən əsas şəxslərdən olub.

Hamısını Göstər

Related Articles

Back to top button