Xızı karantin qaydalarını pozaraq toy keçirmək istəyən şəxslər məsuliyyətə cəlb olundular
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan polise.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunmasına nəzarət edilməsi istiqamətində Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.
Xızı RPŞ-nin əməkdaşları tərəfindən həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah olunub. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.