Adam bıçaqladığına görə axtarışda olan şəxsdən psixotrop maddə və döyüş sursatı aşkarlandı

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə əsasən 11.07.2020-ci il tarixdə barəsində axtarış elan edilmiş Lənkəran şəhər sakini Mirhəsən Ocaqov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan 4 bükümdə psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi, yaşadığı ünvandan isə avtomat silahına aid, 12 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Hamısını Göstər

Related Articles

Back to top button