Vaksinasiya olunmayan şəxslər cərimələnir? – Rəsmi açıqlama

Daxili İşlər Nazirliyi (DİN) vaksinasiya olunmayan şəxslərin cərimələnməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-nın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkədə yayılan məlumatlar əsassızdır: “Vaksinasiya vətəndaşlara könüllü şəkildə vurulur. İnzibati Xətalar Məcəlləsində vaksinasiya olunmayan şəxslərin cərimə edilməsi ilə bağlı hüquqi norma yoxdur”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumatda vaksinasiya olunmayan şəxslərin 40 manat miqdarında cərimə olunması ilə bağlı məlumatlar yayılıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button