Mahirə Əmirhüseynova: Xalqa sədaqətlə və ləyaqətlə xidmət edən polis dövlətçiliyin əsas sütunlarından birinə çevrilib
“Azərbaycan polisi dövlətin milli maraqlarının müdafiəsində, asayişin qorunmasında, vətəndaşların təhlükəsiz şəraitdə rahat yaşamalarının təminatında, cinayətkarlıqla mübarizədə, işğalda olan Dağlıq Qarabağ və ətraf rayonlarımızın müdafiəsi uğurunda gedən döyüşlərdə həmişə nümunəvi davranışı ilə seçilib”.
Bu fikirləri “Rupor”a açıqlamasında “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova bildirib.
Ulu öndər Heydər Əliyevin 24 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının yaradıldığı günün – 2 iyul Azərbaycan Polisi Günü elan edildiyini xatıraladan QHT sədri vurğulayıb ki, əslində hər gün təbrik olunmaq polisin haqqıdır:
“102 illik tarixi yolu şərəflə keçən polis Azərbaycan dövlətinin rifahı naminə yorulmadan ölkəsinə, vətəndaşına xidmət göstərir. Polisin vərandaşlara qarşı layiqli davranışı, sağlam cəmiyyətin formalaşması naminə vəzifəsini sadəqətlə icra etməsi hər addımda qarşılaşdığımız sübuta ehtiyacı olmayan aksiomadır. Bu gün Azərbaycan xalqı öz polisinə tam güvənir. Hörmətli Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə polis orqanlarında müsair tələblərə uyğun aparılan islahatlar, savadlı, alicənab, peşəkar, vətəninə və xalqına sidq ürəkdən bağlı olan gənclərimizin ön sıralara çıxmalarına, yüksək vəzifələrə təyin olunmalarına geniş imkanlar açıb”.
Mahirə Əmirhüseynovanın sözlərinə görə, polis sisteminin akademik səviyyədə inkişafına Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təhsil bazası böyük təkan verir:
“Akademiyanın rəisi, hüquq üzrə elmlər doktoru, polis general-mayoru Nazim Əliyevin rəhbərlik etdiyi ali təhsil ocağında kursantalar üçün yaradılan şərait, qurulan bütün infrastruktur, təhsil sistemi ən müasir standartalara cavab verir. Biz vətəndaş cəmiyyəti instutu üzvləri fəaliyyət sferamız çərçivəsində Polis Akademiyasındakı təhsil sistemini yaxından izləyirik. Bu təhsil ocağının yetirməsi cəmiyyətə, dövlətə, xalqa ancaq başucalığı gətirə bilər. Akademiyada kursantların bütöv bir şəxsiyyt kimi formalaşmasından başlayaraq, savadlı kadr kimi yetişmələri üçün müasir standartlar tətbiq edilir. Orada təhsil alan gənc sabah polis kimi xidmətə başlayanda dolğun bilikləri, nizamlı davranışı, dövlətinə səadaqəti, vətəndaşlara hörməti, diqqəti, qayğısı, sənətinə sevgisi ilə xüsusən seçilir. Hörmətli nazirimiz Vilayət Eyvazovun apardığı kadr islahatlarında məhz belə xarakterə sahib gənclərə üstünlük verməsi Azərbaycan cəmiyyətinin uğurudur”.
2 iyul tarixinin təkcə polis işçilərinin deyil, cəmiyyətin hər bir üzvünün də fəxrlə qeyd etməli bir gün olduğunu deyən QHT sədri pandemiya dövründə vətandaşların sağlamlıqları naminə polislərin gecəni-gündüzə qataraq məsuliyyətlə xidmət göstərdiklərini diqqətə çatdırdı:
“Uzun illərdir ölkədə kriminogen durum sabitdir. Daxildə təxrıbat törətmək istəyənlər polisin müdaxiləsi ilə dərhal zərərsizləşdirilir. Respublikada ictimai asayişin qorunması, qanunların icrasındakı pozuntulara yol verilməməsi, vətəndaşların hüquq və azadlıqlarının təminatına nail olunması ölkəmizin uğurudur. Bütün bunlarda Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu var. Karantin rejimində isə polisin üzərinə daha ağr məsuliyyət düşdü. Həm qayda pozuntularının qarşını almaq, həm də dünyada tüğyan edən bəlanın ölkə ərazisində genişlənərək insanları amansız xəstəliyə yoluxdurması qarşısında sipər olmaq. Bu dövrdə polis insanların xilası naminə özünü fəda etdi desək, yanılmarıq. Tibb işçiləri ilə yanaşı polislərin də qəhrəmanlar kimi təqdim olunması cəmiyyətin onlara göstərdiyi adekvat münasibətin göstəricisidir”.
Mahirə Əmirhüseynova bildirib ki, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edən polis bu gün dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Azərbaycan polisi zəngin təcrübə qazanıb və ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasında, hüquq pozuntularının qarşısının alınmasında böyük xidmətləri olub:
“Hər kəs bunu gündəlik həyatında da hiss edir. Polis həmişə xalqın dayağında olub, xalqımız da polisə güvənib və onun varlığına, fəaliyyətinə daim hörmətlə yanaşıb. Azərbaycan Prezidenti cənab İlham Əliyev polislərin əməyini daim yüksək qiymətləndirib, onların qayğı ilə əhatə olunması üçün müxtəlif sərəncamlar, fərmanlar imzalayıb.
2 iyul Azərbaycan Polisi Günü münasibətilə öndə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev olmaqla, Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovu, Polis Akademiyasının rəisi general-mayor Nazim Əliyevi və bütün polisləri təbrik edir, bizi, ölkəmzi, dövlətimizi qorumaq missiyasında onlara böyük uğurlar arzulayır, hər birinə ayrılıqda minnətdarlığımı bildirirəm”.