Rusiya intensiv zərbələr endirir

Rusiyanın Hava Kosmik Qüvvələri son üç sutkadır ki, Suriyanın şimalında, İdlib vilayətində Əsəd rejiminə müxalif yaraqlıların mövqelərinə, düşərgələrinə intensiv hava zərbələri endirir. Rusiya mənbələri təkcə aprelin 8-də 90-dan çox raket-bomba zərbələrinin endirildiyini xəbər verir. Dünən aprelin 9-da isə Rusiya qırıcı-bombardmançıları İdlibin Basankul rayonunda “Hayat Təhrir əş-Şam” qruplaşmasının düşərgəsinə 500 kiloqramlıq aviabombalarla və raketlərlə zərbələr endirib. Telegram-kanallarda bomba zərbələrindən sonra çəkilmiş görüntülər yayılıb.

https://youtu.be/OgpewBudlMo

Hava zərbələrində Rusiyanın Su-24 cəbhə bombardmançıları və Su-34 qırıcı-bombardmançıları iştirak edir. Bu, Türkiyə-Rusiya deskalasiya zonasında toqquşmaların get-gedə güclənməsi ilə bir vaxtda baş verir. Ötən gün habelə Rusiya aviasiyasının Türkiyə ordusunun artilleriya mövqelərinə zərbələr endirdiyi, bir neçə M114 səhra qaubitsasının sıradan çıxarıldığı bildirilir.  Lakin digər mənbələr həmin qaubitsaların müxalif yaraqlıların mövqeyində vurulduğu haqda məlumat yayıb. Ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub və xəbər verildiyi kimi, tərəflər Qarabağı, Suriyanı və Donbassdakı vəziyyəti müzakirə ediblər.

Son həftələr ərzində Rusiya Suriyanın şimalında xeyli fəallaşıb və müxalif yaraqlıların düşərgələrini tez-tez bombalayır.

Hamısını Göstər

Related Articles

Back to top button