Oğuzda toy mərasimi keçirilməsinin qarşısı alınıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən  tədbirlərlə toy mərasimi keçirilməsinin qarşısı alınıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayon sakini İbrahim Məmmədovun yaşadığı Mollalı kəndindəki fərdi yaşayış evində özünə toy məclisi təşkil etdiyi müəyyən edilib. Polislər tərəfindən həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğunu aşkar ediblər. Onlara qaydalar izah olunub və mərasimi təşkil edənlər barəsində qanunamüvafiq tədbir görülüb.

Hamısını Göstər

Related Articles

Back to top button