NATO-dan Rusiyaya Ukrayna sərhədlərindəki qoşunlarla bağlı çağırış

NATO Baş katibi Yens Stoltenberq Rusiya Federasiyasını Ukrayna sərhədləri yaxınlığında qoşun toplamağı dayandırmağa çağırıb.

Bu barədə UNİAN məlumat yayıb.

“Biz hadisələrin hazırkı inkişafından ciddi narahatlıq keçiririk, NATO vəziyyəti diqqətlə izləyir. Son həftələrdə Rusiya minlərlə döyüş qabiliyyətli hərbi personalını Ukrayna sərhədlərinə köçürdü, bu da 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra Rusiya qoşunlarının ən böyük cəmləşməsidir”, – deyə Y.Stoltenberq bildirib.

O, həmçinin son günlərdə Ukraynanın şərqində bir neçə əsgərin həlak olduğunu da qeyd edib.

Yens Stoltenberq deyib ki, Rusiyanın qüvvələrini əhəmiyyətli dərəcədə artırması əsassızdır və dərin narahatlığa səbəb olur.

“Rusiya Ukrayna sərhədinə qoşunlarını artırmağı, təxribatlarını dayandırmalı və dərhal gərginliyi azaltmalıdır”, – deyə NATO Baş katibi bildirib.

Hamısını Göstər

Related Articles

Back to top button