Ukrayna Krımla sərhəddə hərbi təlimlərə başladı
Ukrayna Krım sərhədləri boyunca genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Bu barədə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandanlığının mətbuat xidməti “Facebook” hesabında məlumat verib.
Qeyd edilir ki, Krım Muxtar Respublikasının işğal olunmuş ərazisi ilə sərhəd boyunca döyüş tapşırıqlarını yerinə yetirən topçu və tank birləşmələri, siqnalla şərti düşmənin hücumuna qarşı müəyyən ərazilərə doğru irəliləyib.
“Kəşfiyyat zamanı düşmənin əsas atəş qüvvələrinin yeri müəyyən edildi. Daha sonra döyüşə tank ehtiyatı və tank əleyhinə artilleriya gətirildi”, – deyə Ukrayna ordusunun Birləşmiş Qüvvələri komandiri general-leytenant Sergey Nayev bildirib.