Altı ay komada qalan hərbçimiz şəhid oldu
Vətən müharibəsində yaralanan daha bir hərbçimiz şəhidlik zirvəsinə ucalıb.
Söhbət Xaçmaz rayon Maqsudkənd sakini Səbuhi Hüseynlidən gedir.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
O, 44 günlük vətən müharibəsi zamanı oktyabrın 20-də yaralanıb və bu günə kimi komada olub.