İsmayıllıda yol polisi reyd keçirib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dayanma-durma qaydalarını pozan nəqliyyat vasitələrinin sürücülərini müəyyən etmək məqsədilə reyd keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, daha çox şəhərin mərkəzi küçə və prospektlərində keçirilən reyd zamanı parklanma qaydalarını pozan, piyada səkilərini zəbt edən sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanıb ki, onlarla bir daha maarifləndirici söhbətlər aparılıb.

Ümumilikdə cari ay ərzində İsmayıllıda yol polisi əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı dayanma-durma qaydalarını pozduqları üçün 70-ə yaxın avtomobil sahibi barəsində inzibati protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button