Paşinyan Mehridən qovuldu
Ermənistanın Baş naziri Nikol Paşinyan Sünik vilayətinə səfərini yarımçıq saxlayaraq geri qayıtmaq məcburiyyətində qalıb.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, etirazçılar baş nazirin olduğu avtomobilin yolunu bağlayıb, hətta onlardan biri baş nazirin cangüdənlərinin avtomobilinin üzərinə çıxıb. Nikol Paşinyandan Mehri şəhərini tərk etmək tələb olunub. Etirazçılarla hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma yaşanıb. Vəziyyətin gərginləşdiyini görən Paşinyan səfərini yarımçıq dayandırıb.
Şəhərdə vəziyyət gərgin olaraq qalır, sakinlər “Nikol satqın”, “Nikol türk” şüarları səsləndirib, polis isə baş nazirin avtomobil karvanının keçməsi üçün etirazçıları dağıtmağa çalışır.