Qaxda yol polisi qaydaları pozan 20 sürücü barəsində protokol tərtib edib

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yollarda hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində növbəti reyd təşkil olunub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən reyd zamanı təhlükəsizlik kəmərindən, avtomobilin işıq cihazlarından, yəni dönmə siqnallarından düzgün istifadə etməyən sürücülər aşkarlanaraq onlarla profilaktik söhbətlər aparılıb. Ümumilikdə qaydaları pozan 20 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibati protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button