İrəvanda olan Senat sədrindən Bakıya sərsəm iddia

Bakı “erməni əsirləri” qaytarmalıdır.

Bunu Fransa Senatının rəhbəri Jerar Larşe İrəvanda deyib.

“Azərbaycan bütün “hərbi əsirləri” imzalanan razılaşma və beynəlxalq razılaşmalara əsasən, azad etməyə borcludur”, – deyə o bildirib.

O, Fransa Senatının nümayəndəsinin bütün məsələni AŞPA-da qaldırdığını söyləyib.

Qeyd edək ki, Azərbaycan 44 günlük müharibə zamanı əsir götürdüyü bütün erməniləri geri qaytarıb. Hazırda istintaq altında olan erməni silahlıları isə müharibənin bitməsindən 16 gün sonra – 26 noyabrda Azərbaycana qanunsuz olaraq gələn və Azərbaycanın 3 əsgər və bir mülki şəxsini qətlə yetirən terrorçulardır. Bu şəxslər DTX-nın dekabr ayında keçirdiyi antiterror əməliyyatı ilə yaxalanıb.

Hamısını Göstər

Related Articles

Back to top button