Rusiya və Çin elə silah hazırlayıb ki… – ABŞ generalı
Rusiya və Çin ABŞ peyklərinin işini pozacaq və məhv edəcək silah hazırlayıblar.
Bunu ABŞ Kosmik Qüvvələrinin komandanı general-mayor Con Reymond deyib.
“Kosmos hava, torpaq, dəniz kimi döyüş fəaliyyətləri sferasıdır. Son bir neçə ildə o həqiqətən materiallaşdı. Bizim daimi təhdidimiz olan Çin və Rusiya isə peyklərimizi sıradan çıxaracaq silah hazırladılar. ABŞ-ın məqsədi kosmosda başlayıb və orada yayılan konfliktə düşməməkdən ibarətdir”, – deyə o bildirib.



