Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 

Nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Hamısını Göstər

Related Articles

Back to top button