İlham Əliyev və Mehriban Əliyeva Yuxarı Gövhərağa məscidində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mayın 13-də Şuşada Yuxarı Gövhərağa məscidində olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci vitse-prezident məsciddə görülən işlərlə bağlı məlumat verilib.
Bildirilib ki, burada bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminin qurbanı olmuşdu.



