Türkiyə ABŞ-ı Ərdoğanla bağlı ifadələrə görə qınadı

Türkiyənin hakim “Ədalət və İnkişaf” partiyasının (AKP) sözçüsü Ömər Çelik ABŞ tərəfindən Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirilən fikirləri qınayıb.

Bu barədə o “Twitter” hesabında yazıb:

“ABŞ Xarici İşlər Nazirliyini prezidentimizi hədəf almasını görə kəskin qınayırıq. Prezidentimizi antisemitizmdə günahlandırmaq məntiqsiz və yanlış yanaşmadır. Bu, prezidentimiz haqqında söylənilmiş yalandır”.

Ömər Çelik ABŞ XİN-i Ərdoğanın fikirlərini diqqətlə dinləməyə dəvət edib:

“Bu açıqlama verənlər prezidentimizi diqqətlə dinləsələr, ədalət və barış üçün addımlar atmış olacaqdılar”.

Çelik qeyd edib ki, prezidenti tənqid edənlər bu fikirlərindən imtina etməlidirlər.

Hamısını Göstər

Related Articles

Back to top button