Zaqatalada 1 ton 600 kiloqram narkotik vasitə məhv edilib
Dövlət Sərhəd Xidməti və Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Danaçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 600 kiloqram olan 11000 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.




