Siyavuş Novruzovdan məhkəmələrə ittiham: “Ötür-ötür prosesidir”

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov məhkəmə hakimlərini tənqid edib.

S.Novruzov hakimlərin düzgün qərar çıxarmamasının problemlər yaratdığını deyib. 

“Ötür-ötür prosesidir. Məhkəmə qərar çıxarır, ardınca bu qərarla apellyasiya məhkəmələrinə müraciət edilir. Daha sonra isə Ali Məhkəmə. Ali Məhkəmə isə nöqsanlar aşkarlayır və işi yenidən ibtidai istintaq üçün geri qaytarır”, – deyə S.Novruzov əlavə edib. 

O qeyd edib ki, səhv hökm çıxaran hakimlərin maaşlarından tutulmalıdır.

Hamısını Göstər

Related Articles

Back to top button