Rəsmi Bakı: “Ermənistanın təxribatı üçtərəfli bəyanatın pozulmasıdır”

“Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni diversant-terrorçu Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, – deyə XİN rəsmisi vurğulayıb.

https://twitter.com/LAbdullayevaMFA/status/1397779069358518276?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1397779069358518276%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Foxu.az%2Fwar%2F497783
Hamısını Göstər

Related Articles

Back to top button