ABŞ Türkiyəyə S-400 üçün alternativ təklif edib

ABŞ Türkiyənin əldə etdiyi Rusiya istehsalı S-400 zenit-raket kompleksinə dair rəsmi Ankaraya alternativ təqdim edib.

Bunu “CNN Türk”ə müsahibəsində ABŞ Dövlət Katibinin müavini Uendi Şerman bəyan edib.

“S-400-lərin əldə edilməsi NATO alyansında problemlər yaradır. Biz alternativ təqdim etdik. Onlar nə etməli olduğunu dəqiq bilir. Ümid edirəm ki, ümumi çıxış yolu tapa biləcəyik”, – deyə Şerman bildirib.

O, hansı alternativdən söhbət getdiyini dəqiqləşdirməyib.

Hamısını Göstər

Related Articles

Back to top button