“Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər” – İddia

Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanın ölümü ətrafında söz-söhbət bitmir.

Turkustan.info xəbər verir  ki, 10 yaşlı qızı  qətlə yetirməkdə  ittiham  olunan  və  hazıra  həbsdə  olan  İlkin Süleymanovun  ailə  üzvləri  mətbuata  sensassion  müsahibə  verib.

İlkinin əmisi  iddia  edib  ki, qətlə  yetirilən  Nərmin Quliyeva 4 aylıq  hamilə  olub. Qətl də məhz  bu hamiləliyi  gizlətmək  üçün  törədilib. O, iddia  edib  ki, qətli  İlkin  yox, tamamilə  başqa  şəxslər  olub.

İlkin Süleymanzadənin  ailə  üzvləri  iddia edib ki, qız qətlə yetirilən  zaman  ərazidə  kibrit dənələri  və  meyitdə əl  izləri  olub. Amma həmin  dəlillər  sonradan  itirilib.

Daha sonra iddia olunub  ki, tapılan meyit  Nərminə aid olmayıb.

“Tapılan  meyitin  saçlarında  bir  neçə  rəng  var idi. Bu  sual  doğurur. Nərminin saçında  bir  neçə  rəng  olmayıb. Biz tələb  edirik  ki, meyit  qəbirdən çıxarılsın  və  təkrar  ekspertiziya olsun”. 

Mənbə
turkustan.info
Hamısını Göstər

Related Articles

Back to top button